Nazirlik Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb

Gənclər
və İdman Nazirliyi Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini
açıqlayıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Birinci
pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim
Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub.
Növbəti
sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal),
idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov
(160 xal), sərbəst güləşçi Giorgi Meşvildişvili, yunan-Roma güləşçiləri Həsrət
Cədərov və Nihat Məmmədli (hamısı 150 xal) yer alıblar.
12:00 01.08.2025
Oxunuş sayı: 838