"Qarabağ" "Şelburn" üzərində növbəti qələbə ilə növbəti mərhələyə yüksəldi

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” İrlandiyanın “Şelburn” klubunu qəbul edib.
Crossmedia.az-ın məlumatına görə, səfərdə 3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə də üstünlüyünü qoruyub və 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın yeganə qolu fasiləyə yaxın rəqib komandanın avtoqolu ilə qeydə alınıb.
İkinci hissədə Kadi penalti vurmaq şansı qazansa da, bu fürsəti qaçırıb. Bununla belə, “Qarabağ” iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə adlayıb.
21:49 30.07.2025
Oxunuş sayı: 1468