"Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib. Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
***
23:57
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" maçtında ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə öndədir.
Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.
01:57 24.07.2025
Oxunuş sayı: 1001