ABŞ raket istehsalını artıracaq - Tramp

ABŞ Prezidenti Donald Tramp, silahların azaldılması ilə bağlı əvvəlki bəyanatlarına baxmayaraq, rakitlərin sayının artırılmasının vacibliyini vurğulayıb. Bu barədə Tramp jurnalistlərlə görüşündə bildirib.
ABŞ hazırda dünyada ən çox raket və sursata malik ölkədir və bu sahədə istehsal sürətinin artırılması prioritet məsələlərdən biridir.
Prezidentin sözlərinə görə, söhbət həm “sürətli, yavaş, dəqiq, həm də o qədər də dəqiq olmayan” raketlərdən gedir. O, bu addımın ABŞ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.
08:20 23.07.2025
Oxunuş sayı: 1221