Prezident: XXI əsrdə müstəmləkəçilik yolverilməzdir

Azərbaycan həmişə neokolonializmin əleyhinə olub.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
"Neokolonializmlə qarşı mövqeyimiz dəyişməz olaraq qalır. Qoşulmama Hərəkatının sədri kimi sədrlik etdiyimiz ilk ildən biz müstəmləkə ərazilərinin dekolonizasiyası və müstəqilliyi, ədalət, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi uğrunda çıxış etmişik. Bu, Qoşulmama Hərəkatının sədri kimi bizim borcumuz idi. Eyni zamanda, bu, bir ölkə kimi bizim mövqeyimiz idi. Çünki bu gün, XXI əsrdə, bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz" - Prezident bildirib.
20:11 19.07.2025
Oxunuş sayı: 1116