Fuad Muradov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Cəfər Nəcəfli ilə görüşüb.
Komitədən Crossmedia.az-a bildirilib ki, sədr Azərbaycanın diaspor təşkilatlarından, Azərbaycan Evlərindən, Koordinasiya Şuralarından və həftəsonu məktəblərindən bəhs edib.
O, diaspor sahəsində həyata keçirilən strateji təşəbbüslərdən, milli kimliyin qorunması və gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Görüş zamanı qeyd olunan mövzularda geniş fikir mübadiləsi aparılıb.
Cəfər Nəcəfli ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib, qazandığı bilik və təcrübənin faydalı olmasından məmnunluğunu ifadə edib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədi daşıyır.
14:49 15.07.2025
Oxunuş sayı: 732