SpaceX-in raket qalıqları Meksikada tısbağalara təhlükə yaradıb

SpaceX şirkətinin “Starship” raketi iyunun 18-də Texas ştatında partladıqdan sonra onun qalıqları Meksikanın Tamaulipas ştatının sahillərinə o cümlədən Playa Bagdad çimərliyinə düşüb. Qalıqlar arasında metal hissələr, plastiklər və digər tullantılar var. Ərazidə hazırda təhlükə altında olan Kemp dəniz tısbağaları yumurta qoyma dövrünü yaşayır. Mütəxəssislər raket qalıqlarının bu canlılar üçün ciddi təhlükə yaratdığını bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Meksika hökuməti məsələ ilə bağlı araşdırma başladıb və SpaceX-ə qarşı hüquqi tədbirlər görməyi nəzərdən keçirir. Yerli “Conibio Global” təşkilatı sahildə 1,3 tonadək tullantı topladığını açıqlayıb.
SpaceX isə qalıqların kimyəvi və ya bioloji təhlükə daşımadığını və onların geri qaytarılması üçün dəstək verməyə hazır olduqlarını bildirib. Şirkət iddia edir ki, bu materiallar beynəlxalq Kosmos Sazişinə əsasən onlara məxsusdur.
Ekoloqlar isə xəbərdarlıq edirlər ki, bu cür kosmik fəaliyyətlər transsərhəd ətraf mühit fəlakətlərinə səbəb ola bilər və xüsusilə həssas canlılar üçün böyük risklər doğurur.
Nigar Rəhimova
14:53 02.07.2025
Oxunuş sayı: 874