Trampdan Qəzzada 60 günlük atəşkəs açıqlaması — İsrail qəbul etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəsi qəbul etdiyini bildirib. Tramp deyib ki, bu razılaşma Qətər və Misirin vasitəçiliyi ilə baş tutub və HƏMAS-a da eyni şərtləri qəbul etməsi üçün çağırış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Tramp atəşkəsin Qəzzədə humanitar vəziyyəti yüngülləşdirmək və uzunmüddətli sülhə zəmin yaratmaq üçün vacib addım olduğunu vurğulayıb. Lakin HƏMAS bu təklifi qəbul etməzsə, vəziyyətin daha da pisləşəcəyini xəbərdar edib.
İsrail Baş naziri Binyamin Netanyahu ABŞ-a səfər planlaşdırır və burada Trampla barış müqaviləsinin detalları üzərində müzakirə aparmaq istəyir.
HƏMAS atəşkəsi qəbul edərsə, 10 israilli girovun azadlığı qarşılığında 15 fələstinli əsirin buraxılmasını tələb edir. İsrail isə HƏMAS-ın silahlarını təhvil verməsini və Qəzzədən çıxmasını şərt qoyur.
Bu addımlar Qəzzədə humanitar vəziyyətin yaxşılaşdırılması və bölgədə davamlı sülh üçün mühüm əhəmiyyət kəsb edir.
Nigar Rəhimova
14:38 02.07.2025
Oxunuş sayı: 748