Reuters: İran Hörmüz boğazını minalamağa hazırlaşırdı

İran İsraillə mümkün müharibə ssenarisi fonunda Fars körfəzində bir neçə gəmiəleyhinə mina yerləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, bu addım Tehranın Hörmüz boğazını bağlamaq niyyətində ciddi olduğunu göstərir. ABŞ təhlükəsizlik qurumları İranın bu hərəkətini izləyib və mina yerləşdirilməsini təsdiqləyib. Hörmüz boğazı dünya üzrə enerji tədarükünün əsas arteriyalarından biri hesab olunur. Buradan qlobal neft və təbii qazın təxminən 20 faizi nəql olunur.
Ekspertlər bildirirlər ki, bu boğazın bağlanması Yaxın Şərqdə gərginliyin pik həddə çatmasına, həmçinin enerji bazarlarında ciddi qiymət artımına səbəb ola bilər. Hazırda vəziyyətlə bağlı rəsmi Tehran tərəfindən açıqlama verilməyib.
13:02 02.07.2025
Oxunuş sayı: 799