COP29 Prezidenti: ABŞ-nin Paris sazişindən çıxması beynəlxalq iqlim hərəkatını dayandırmayacaq

Geosiyasi vəziyyət və ABŞ-nin Paris sazişindən çıxması beynəlxalq iqlim hərəkatını dayandırmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə COP29-un prezidenti Muxtar Babayev “The Astana Times” nəşrinə müsahibəsində bildirib.
"Dünya artıq 2016-2017-ci illərdə bununla üzləşib. Biz bütün ölkələrin qərarlarına hörmət edirik. Bu gün danışıqlar masasında 196 dövlət var. ABŞ mühüm oyunçu, böyük emitent və iqlim layihələrinin maliyyə donorudur. Lakin dünya təkcə bir ölkədən ibarət deyil", - M.Babayev vurğulayıb.
Onun sözlərinə görə, Böyük Britaniya, Çin, Avstraliya və Avropa ölkələri də daxil olmaqla bir çox dövlət iqlim liderliyi mövqelərini gücləndirməyə davam edir. Prioritet, Qlobal Şimal və Qlobal Cənub arasında impulsun qorunması və etimadın dərinləşdirilməsi olmalıdır.
11:15 02.07.2025
Oxunuş sayı: 712