Rusiyada saxlanılan Şahin Şıxlinski sərbəst buraxılıb

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri, əvvəllər Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Şahin Şıxlinski sərbəst buraxılıb. Bu barədə Diasportla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılmışdı.
06:59 02.07.2025
Oxunuş sayı: 776