Kərkükdəki hava bazasına raket hücumu: Yaralanan var

Bu gün səhər saatlarında İraqın Kərkük əyalətində yerləşən hava bazası raket hücumuna məruz qalıb. İlkin məlumata görə, bazaya üç ədəd “Katyuşa” tipli raket atılıb. Hücum nəticəsində bir nəfərin yaralandığı bildirilib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Raketlərin Kərkükdəki hərbi hava bazasına yönəldiyi və birinin əraziyə düşərək partladığı qeyd olunur. Yaralanan şəxsin vəziyyəti barədə isə əlavə məlumat verilməyib.
Hadisədən sonra əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub, hücumun mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Hücuma görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Raket zərbələrinin bölgədəki təhlükəsizlik vəziyyətini daha da gərginləşdirdiyi vurğulanır.
Fatimə Nəbiyeva
12:52 01.07.2025
Oxunuş sayı: 734