NATO admiralı: Alyansın Azərbaycanla əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır

NATO və Azərbaycan arasındakı münasibətlər mühüm strateji tərəfdaşlığı təmsil edir.
Crossmedia.az xəbər verir ki, NATO admiralı Rob Bauer Alyansın sammiti çərçivəsində azərbaycanlı jurnalistlərə bildirib.
Admiralın sözlərinə görə, Azərbaycan Şimali Atlantika Alyansının 35 rəsmi tərəfdaşından biridir ki, bu da qarşılıqlı əlaqələrin xüsusi xarakterini müəyyən edir.
"NATO və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr Azərbaycan tərəfinin əməkdaşlıq istiqamətləri ilə bağlı konkret sorğularına əsaslanır", - o bildirib.
Bununla yanaşı, qarşılıqlı əlaqələrin spektri NATO və Azərbaycan arasında birbaşa dialoq nəticəsində müəyyən edilir.
"Tərəfdaşlığın mühüm tərkib hissəsi birgə təlimlər və praktiki qarşılıqlı əlaqələrin digər formatlarıdır. Eyni zamanda, əməkdaşlıq NATO tərəfindən göstərişlər prinsipi ilə deyil, Azərbaycanın həm Alyansın ayrı-ayrı üzv ölkələri, həm də bütövlükdə təşkilatla işləmək istədiyi istiqamətlər əsasında qurulur", - o, fikrini yekunlaşdırıb.
14:36 25.06.2025
Oxunuş sayı: 468