Çində yeni virus aşkarlanıb

Çində yarasalarda insan üçün potensial təhlükəli yeni viruslar aşkar edilib
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Yunnan əyalətində aparılan tədqiqat zamanı meyvə ilə qidalanan yarasalarda 20 yeni virus növü müəyyən edilib. Onlardan ikisi insan üçün təhlükəli hesab olunan Nipah və Hendra viruslarına bənzərlik göstərir.
Yeni viruslar insanların və kənd təsərrüfatı heyvanlarının təbiətlə sıx təmasda olduğu ərazilərə — xüsusilə bağçaların yaxınlığına təsadüf edən yerlərdə aşkar olunub.
Alimlər hesab edir ki, bu kəşf zoonoz xəstəliklərin (heyvandan insana keçən virusların) yayılma riskinin nə qədər ciddi olduğunu bir daha göstərir. Tədqiqatçılar, virusların hələlik insanlar üçün nə dərəcədə təhlükəli olduğunu söyləməyin tez olduğunu bildirsələr də, belə hallar üçün vaxtında profilaktik tədbirlərin vacibliyini vurğulayırlar.
14:16 25.06.2025
Oxunuş sayı: 597