Pakistanın Baş naziri İran Prezidenti ilə telefon danışığı aparıb

Bu gün Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər regional təhlükəsizlik, diplomatik münasibətlər və gərginliyin azaldılması yollarını müzakirə ediblər.
Şahbaz Şərif danışıqlar zamanı diplomatik həll yollarının və sülhə qayıdışın vacibliyini vurğulayıb, həmçinin beynəlxalq forumlarda Pakistanın İranı tam dəstəklədiyini bildirib.
Prezident Pezeşkian isə öz növbəsində qeyd edib ki, İran bölgədə sabitliyin bərpası və gərginliyin aradan qaldırılması istiqamətində Pakistanın konstruktiv rolunu yüksək qiymətləndirir.
14:07 25.06.2025
Oxunuş sayı: 456