“Atılan raketlər yalnız qeyri-azərbaycanlıları deyil, azərbaycanlıları da hədəf alır”

“İrandakı vəziyyət ancaq, gərginlik vəd edir. Hal-hazırda hadisələr faktiki olaraq nəzarətdən çıxır kimi bir təəssürat yaranır”.
Crossmedia.az neocomment.az saytına istinadən xəbər verir ki, bu fikirləri Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, Cross Media Təhlil Mərkəzinin analitiki və siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.
“Azərbaycanlıların həyatı təhlükə altındadır. Çox yaxşı bir haldır ki, Azərbaycan Respublikası bununla bağlı müəyyən çalışmalar və cəhdlər edir.
Təhlükə böyükdür və atılan raketlər yalnız qeyri-azərbaycanlıların başına düşmür. Biz müharibə arzu etmirik amma, atılan raketlər azərbaycanlıları da hədəf alır. İsrail bu məsələlərə xüsusi diqqət göstərməlidir.
Bu müharibənin daha da genişlənməsi dəhşətli ssenaridir çünki, bu müharibəyə ABŞ da qoşula bilər, hətta başqa ölkələr də bu prosseslərə cəlb oluna bilər.
Müharibə dövründə sərhədlərin açılması müzakirə mövzusu belə deyil. Azərbaycan dövlətinin bu dövrdə belə bir addım atması gözlənilən deyil”.
Siyasi şərhçi onu da qeyd edir ki, müharibə dövründə güney və quzey azərbaycanlılarının birləşməsi məsələsi bizim ideyalarımız və böyük düşüncələrimizdi amma, bugün üçün bunun nə qədər real ola biləcəyi isə ciddi müzakirə olunacaq mövzudur və yaxın zamanlarda bunun baş verməsi real deyil.
“Regionda olan gərginliyi İran-İsrail münaqişəsi daha da artırdı. Gündən-günə daha da qızışan toqquşmaların nə zaman sonlanacağı bəlli deyil. Hətta, bu toqquşmalar aktiv müharibəyə çevrilə bilər”.
21:13 21.06.2025
Oxunuş sayı: 1019