Rusiya vətəndaşlarını daşıyan ilk avtobus İran-Azərbaycan sərhədini keçdi

İrandan təxliyə edilən Rusiya vətəndaşlarını daşıyan ilk avtobus İran-Azərbaycan sərhədini keçərək Azərbaycan ərazisinə daxil olub.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Azərbaycandakı səfirliyi yayıb.
"Təxliyə edilmiş vətəndaşların olduğu ilk avtobus artıq Azərbaycan ərazisindədir. İran-Azərbaycan quru sərhədinin keçilməsi prosesi davam edir", – səfirlikdən bildirilib.
Rusiyalı KİV-lərin daha əvvəl yaydığı məlumata görə, təxliyə olunanlar arasında tanınmış rejissor Fyodor Bondarçukun çəkiliş qrupunun üzvləri, həmçinin Çaykovski adına Böyük Simfonik Orkestrin bir neçə artisti də var.
Qeyd edək ki, bölgədə artan gərginlik fonunda Rusiya, öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə onların İrandan təxliyyəsinə başlayıb.
Aybəniz Səfərova
21:44 14.06.2025
Oxunuş sayı: 983