Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyinin “Məlumat Hesablama Mərkəzi” MMC-nin rəhbəri dəyişib.
Crossmedia.az xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.
Məlumata görə, o, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.
Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min manatdır.
13:12 14.06.2025
Oxunuş sayı: 882