Gəncədə oksigen kompressorunun yandığı xəstəxanada bərpa işləri aparılır -SORĞU

İyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının
nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq
yaranıb, hazırda bərpa işləri davam etdirilir.
Bu barədə Tibbi Ərazi
Bölmələrinin İdarəetmə Birliyindən Crossmedia.az-ın sorğusuna cavab olaraq
bildirilib.
Qeyd olunub hadisə ilə
əlaqədar iki pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib,
müalicələri davam etdirilir.
Həmçinin vurğulanıb
ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə
yaranmayıb.
Xatırladaq ki, bu gün Gəncədə xəstəxanalardan
birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə
köçürülüb.
15:25 11.06.2025
Oxunuş sayı: 1231