Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib

Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.
Crossmedia.az bildirir ki , bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.
Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.
14:36 11.06.2025
Oxunuş sayı: 999