Bakıda NB8 ölkələri ilə mühüm siyasi dialoq: Hacıyev görüşün detallarını açıqladı


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələrin (Şimali Baltik Səkkizliyi ölkələri, NB8) nümayəndələri ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu.
Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var", - o bildirib.
19:38 04.06.2025
Oxunuş sayı: 1420