Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək
Azərbaycanın 23 yaşadək minfitbolçulardan ibarət millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa bu gün çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, komanda Slovakiya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da start götürəcək.
Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.
09:34 15.10.2026
Oxunuş sayı: 50