Paytaxt məktəblərində monitorinqlər davam etdirilir

Paytaxtdakı ümumi təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən təlimatların icra vəziyyəti, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması məsələləri araşdırılır, məktəb direktorlarının fəaliyyəti peşəkar meyarlar əsasında qiymətləndirilir.
Crossmedia.az agentliyə istinadən xəbər verir ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.
Belə ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə mayın 16-da xitam verilib.
Qeyd edək ki, bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra Agentlik tərəfindən müəssisədə yoxlama aparılıb, həmin direktorla olan əmək münasibətlərinə son verilib.
Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür.
11:50 20.05.2025
Oxunuş sayı: 758