Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Mayın 24-də Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Elmlər Akademiyasının parkında reallaşacaq festivalın hər günü bir ölkəyə - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunacaq.
Festival mayın 31-dək davam edəcək.
12:45 07.05.2025
Oxunuş sayı: 1052