Rusiya “Şimal axını-2” partlayışında günahkar deyil – ABŞ rəsmisi

ABŞ rəsmisi “Şimal axını-2” boru kəmərinin partladılması məsələsinə toxunaraq bunun Rusiyanın işi olmadığını bildirib.
“Mən ‘Şimal axını-2’-ni kimin partlatdığını bilirəm. Bu hadisənin Rusiyanın işi olması real görünmür”, – deyə o vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, Qələbə Günü münasibətilə Putinin elan etdiyi atəşkəsi şərh edən rəsmi qeyd edib ki, münaqişənin həllində bu addımın simvolik əhəmiyyəti var.
“Düşünürəm ki, Rusiya indiki neft qiymətlərini və onların enişini nəzərə alır. Həm Rusiya, həm də Ukrayna bu münaqişənin həllini istəyir və biz də bunu reallaşdırmaq üçün əlverişli mövqedəyik”, – deyə əlavə edib.
08:26 06.05.2025
Oxunuş sayı: 609