İranın Suriya planı ifşa oldu: Tehranın imperial ambisiyaları üzə çıxdı

Reutersin əldə etdiyi gizli səfirlik sənədləri, İranın Suriyada “Marşall Planı”na bənzər genişmiqyaslı bir yenidənqurma planı həyata keçirməyi hədəflədiyini üzə çıxarıb. 2022-ci ilə aid olan və 33 səhifədən ibarət bu sənəd, İranın Şamda talan edilmiş səfirliyində tapılıb.
Crossmedia.az “Reuters” istinadən xəbər verir ki, sənəddə İranın, vətəndaş müharibəsində Əsəd rejimini dəstəklədiyi üçün xərclədiyi milyardları Suriyanı iqtisadi təsir dairəsinə çevirərək geri almaq istədiyi qeyd olunub. Plan çərçivəsində 400 milyard dollarlıq imkanlardan və Suriyanı “peyk dövlət”ə çevirmək cəhdlərindən bəhs olunub.
Layihələrin icrasına İran İslam İnqilabı Keşikçiləri Korpusunun mühəndis zabiti Abbas Akbəri rəhbərlik edib. Lakin layihələr sanksiyalar, korrupsiya və təhlükəsizlik problemləri səbəbilə yarımçıq qalıb.
İranın enerji stansiyası, neft çıxarma layihəsi və dəmir yolu körpüsü kimi iri sərmayələrinin çoxu uğursuzluğa düçar olub. İran və Suriya arasında bağlanan iqtisadi razılaşmaların da böyük hissəsi reallaşmayıb.
Əsədin 2024-cü ilin sonunda devrilməsi isə İranın Suriyada qurmaq istədiyi iqtisadi imperiya planının sonu kimi qiymətləndirilir.
Mədinə Cəlilova
20:52 01.05.2025
Oxunuş sayı: 850