Tramp: ABŞ Ukraynanın mineral resurslarına çıxış əldə edib

ABŞ-ın Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi Ukrayna ilə mineral resurslara çıxışla bağlı razılaşma imzalayıb. O, bu razılaşma ilə ABŞ sərmayələrinin təhlükəsizliyinin təmin olunacağını və planlaşdırılan resursların hasil ediləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp nə məhz hansı resursların hasil olunacağını, nə də razılaşmanın yalnız nadir minerallarla bağlı olub-olmadığını açıqlamayıb. Lakin o, bildirib ki, hasilat bölgələrində amerikalıların olması potensial təhlükələrə qarşı önləyici rol oynayacaq.
“Hasilat sahələrində ABŞ-ın mövcudluğu bir çox pis niyyətli şəxsləri çəkindirəcək”, – deyə Tramp əlavə edib.
Tramp razılaşmanın maliyyə və təhlükəsizlik baxımından ABŞ üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, bu sazişin həm ABŞ, həm də Ukrayna üçün faydalı nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Maraqlıdır ki, Tramp çıxışı zamanı bir daha Rusiya prezidenti Vladimir Putin haqqında müsbət fikir səsləndirib. “Putin çox ağıllı və hiyləgərdir”, – deyə o, əlavə edib.
Fatimə Nəbiyeva
18:30 01.05.2025
Oxunuş sayı: 876