Prezidentin xüsusi nümayəndəsi : "Laçın aeroportu ən müasir hava limanlarındandır"

"Laçın aeroportu ən müasir hava limanlarındandır. Bu hava limanı Laçının fəxridir"
Crossmedia.az-ın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu siyasi partiya nümayəndələrinin Laçına səfəri çərçivəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O bildirib ki, dörd il aparılan əziyyətli işin nəticəsində Laçın hava limamının inşası başa çatıb: "2020- ci ildən etibarən genişmiqyaslı yenidənqurma planı hazırlanıb. Biz bu planın nəticəsini görürük. Bu gün Laçında 89 fərdi evin, 28 çoxmənzilli binada mənzilin, 26 qeyri- yaşayış yerinin bərpa və tikintisi davam edir. 626 fərdi ev, 138 çoxmənzilli binada mənzil, 87 qeyri- yaşayış yeri tam hazırdır".
Kənan Novruzov
16:42 29.04.2025
Oxunuş sayı: 868