Millət vəkili: "Siyasi mövqeyindən asılı olmayaraq vətən hamı üçün eynidir"

"Siyasi mövqeyindən asılı olmayaraq vətən hamı üçün eynidir. Odur ki, işğaldan sonra həyata keçirilən yenidənqurma işləri, həmçinin köç hər birimizi sevindirir".
Bunu siyasi partiya nümayəndələrinin Laçına səfəri ilə bağlı Crossmedia.az-ın əraziyə ezam olunmuş əməkdaşına açıqlamasında Milli Məclisin deputatı, Milli Qurtuluş Partiyasının sədri Fazil Mustafa deyib.
"Görürük ki, vətən torpağı boş qalmır. Burada insanın üzünün qırışı açılır. Çox qısa müddətdə belə miqyasda bərpa işləri görmək böyük fədakarlıq tələb edir. İşğaldan azad olunmuş hər bölgə öz sfesifikasına uyğun canlandırılır. Bu, bizi sevindirir. Çünki biz uzun müddət məhz belə Azərbaycanı görməyi arzulamışıq", - o bildirib.
Kənan Novruzov
16:19 29.04.2025
Oxunuş sayı: 876