Azərbaycan ABŞ ilə Milli Məkan Məlumatları İnfrastrukturu quracaq - YENİLƏNİB



İqtisadiyyat Nazirliyi ilə ABŞ-nin “Environmental Systems Research Institute” (ESRİ) şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Crossmedia.az nazirliyə istinadən xəbər verir.
Bildirilib ki, Anlaşma Memorandumu iqtisadiyyat nazirinin birinci müvini Elnur Əliyev “Environmental Systems Research Institute” (ESRI) şirkətinin vitse prezidenti Sohail Elabdla görüş çərçivəsində imzalanıb.
Sənədin icrası Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək.
Görüşdə Azərbaycan və ESRI arasında əməkdaşlıq çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üçün beynəlxalq praktikada tətbiq edilən təcrübələr, məkan məlumatlarının idarə edilməsi prosedurları və standartları ilə bağlı fikir mübadiləsi aparılıb.
15:45
XXX
Azərbaycan və ABŞ-nin “Environmental Systems Research Institute” şirkəti arasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "X"sosial şəbəkəsindəki hesabında bildirib.
"Sənədin icrası Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək", - deyə o qeyd edib.
18:09 28.04.2025
Oxunuş sayı: 685