BANM ilə Koç Universiteti arasında doktorantların hazırlanması istiqamətində müzakirə aparılıb


SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edib. BANM-in rəhbəri səfər çərçivəsində Koç Universitetinin rektoru professor Metin Sitti ilə də görüşüb.
Crossmedia.az BANM-a istinadən bildirir ki, görüşdə doktorantların birgə hazırlanması istiqamətində müzakirə aparılıb.
Həmçinin iki universitet arasında tədris və tədqiqat sahələrindəki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılığa gəlinib.
15:30 18.04.2025
Oxunuş sayı: 1016