"Haber Global": İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global”ın sujetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında dosenti Cihat Yaycı danışıb:
“Nə varsa, can Azərbaycanda var. Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda da Şimali Kipr Türk Respublikasının həmişə arxasında olduqlarını bildirdi”.
C.Yaycı Suriyanın keçid dövründə Prezidenti Əhməd əş-Şəraanın yunan Kiprinin xarici işlər nazirini qəbul etməsi məsələsinə də diqqət çəkib:
“Əhməd əş-Şəraa bildirdi ki, Kiprin tək təmsilcisi Cənubi Kipr idarəçiliyidir. Bəs Şəraanın üzərində Türkiyənin böyük təsiri olduğunu deyirdilər. Əgər belədirsə, həmin ziyarətin qarşısı alınmalıydı. Əgər qarşısını ala bilmirsənsə, onda Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlunun da Suriya ziyarətini də təmin etməlisən”.
11:26 16.04.2025
Oxunuş sayı: 1563