Tramp: "Yaxşı ruhum və ürəyim var"

ABŞ Prezidenti Donald Tramp yaxşı ürəyinin və ruhunun olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ualter Reed Milli Hərbi Tibb Mərkəzində keçirilən illik fiziki müayinəsinin nəticələrini açıqlayarkən deyib.
Dövlət başçısı müayinənin nəticələrindən çox məmnun olduğunu söyləyib.
Bu, Trampın ikinci prezidentlik dövrünün ilk fiziki müayinəsi idi.
Nigar Rəhimova
15:34 14.04.2025
Oxunuş sayı: 1793