Trampdan Rusiyanın Sumıya raket hücumuna ikibaşlı reaksiya: "Səhv idi"

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumı vilayətinə raket hücumunu səhv hərəkət kimi qiymətləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalisstlərə açıqlamasında deyib.
Dövlət başçısı bunun dəhşətli olduğunu bildirib: "Mənə dedilər ki, onlar səhv ediblər. Amma, məncə, bu, dəhşətlidir, Bütün bu müharibə dəhşətlidir. Milyonlarla insan sağ qalmalı olsa da, həlak olub".
Ölkə lideri media nümayəndələrinin "səhv" sözü ilə nəyi nəzərdə tutmaq istədiyi ilə bağlı suala konkret cavab verməyib.
Qeyd edək ki, aprelin 13-də Rusiyanın Sumıya raket hücumu nəticəsində 34 nəfər ölüb.
Kənan Novruzov
11:52 14.04.2025
Oxunuş sayı: 1338