Sumqayıtda pediatrların birinci forumu keçirilib

TƏBİB-in dəstəyi, Sumqayıt Tibb Mərkəzinin və Azərbaycan Pediatrlar Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində pediatrların birinci forumu keçirilib. Forumda TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Forumun təşkilat komitəsinin sədri, pediatr Bəxtiyar Nağıyev və tibb müəssisələrinin həkim-pediatrları iştirak ediblər.
Abşeron, Sumqayıt və Xızıdan 150-yə yaxın pediatrın iştirak etdiyi forumun təşkilat komitəsinin sədri Bəxtiyar Nağıyev bildirib ki, tədbirin əsas məqsədi pediatrların bir araya gələrək bu sahədəki aktual problemləri, pediatriyanın inkişafını, davamlı təhsilini, yeni diaqnostik, müalicə üsullarını öyrənmək və gələcəkdə elmi tədqiqatlara dəstək olmaqdır.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli ölkədə pediatriyanın inkişafı istiqamətində atılan addımlardan söz açıb.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt səhiyyəsində pediatriyanın inkişafından, görülən işlərdən və yeniliklərdən danışıb.
Forum pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən digər məruzələrlə yekunlaşıb.
09:06 10.04.2025
Oxunuş sayı: 1645