Primakov: “Rus Evi” məsələsində kompromis mümkündür

Rossotrudniçestvo-nun rəhbəri Yevgeni Primakov “Rus Evi” ilə bağlı əvvəllər Azərbaycanın məhkəməyə verilə biləcəyini desə də, indi bu məsələdə kompromis əldə olunacağına ümid etdiyini bildirib.
Crossmedia.az bildirir ki, o, “Rossiya Seqodnya” media qrupunun mətbuat mərkəzində çıxışı zamanı qeyd edib ki, hər iki tərəf konstruktiv mövqe sərgiləyir və qurumun tam formatda fəaliyyətinin bərpası perspektivinə nikbin yanaşırlar.
Fidan Xəlilova
18:43 07.04.2025
Oxunuş sayı: 921