Çin Rusiyadan neft alışını artırıb
Rusiya bu ilin yanvar-sentyabr aylarında Çinə neft tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artıraraq 87,59 milyon tona çatdırıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” Çin gömrük orqanlarının məlumatlarına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, yalnız sentyabr ayında Rusiyadan Çinə neft tədarükü təxminən 20 faiz artıb.
Cari ilin ilk doqquz ayında Rusiyanın Çinə neft ixracının dəyəri isə 36,6 faiz yüksələrək 51,55 milyard dollara çatıb.
10:35 20.10.2026
Oxunuş sayı: 89