Elektron ticarətlə bağlı qanun dəyişir
Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu, qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (maneələrin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.
Təqdim edilən qanun layihəsinə əsasən "Elektron ticarət haqqında" qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv edilir, "texnoloji neytrallıq" anlayışı və müvafiq prinsip qanuna daxil edilir, "POS-terminal" anlayışı dəqiqləşdirilir və mövcud təcrübəyə uyğunlaşdırılır, ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir, elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.
11:08 20.10.2026
Oxunuş sayı: 115