Netanyahu, BCM həbs qərarına görə ABŞ yolunu uzatdı

İsrail Baş naziri Benyamin Netanyahu, özünə qarşı verilən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarının icra ediləcəyi ehtimalından narahat olaraq, Macarıstan səfərindən sonra ABŞ-a uçarkən daha uzun bir marşrut seçib.
Crossmedia.az Haaretz qəzetinə istinadən bildirir ki, Netanyahu, İrlandiya, İslandiya və Niderlandın BCM qərarını tətbiq etmə ehtimalına görə Budapeştdən Vaşinqtona 400 kilometr daha uzun məsafədən — Xorvatiya, İtaliya və Fransa üzərindən uçub.
Qeyd edək ki, Netanyahuya qarşı BCM-nin qərarı 2024-cü il noyabrın 21-də açıqlanıb. Məhkəmə onu və keçmiş müdafiə naziri Yoav Qallantı Qəzzada törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham edərək həbs qərarı çıxarıb.
Bu səfər, Netanyahu üçün BCM-yə üzv ölkəyə qərardan sonra etdiyi ilk rəsmi səfər olub. Macarıstan isə qərarın ardından BCM-dən çıxmaq niyyətində olduğunu bəyan edib.
Fatimə Nəbiyeva
16:50 07.04.2025
Oxunuş sayı: 856