İlon Mask Tramp administrasiyasına qarşı çıxdı: “Avropa ilə sıfır tarif rejimi istərdim"

ABŞ Prezidenti Donald Trampın ötən həftə ticarət tərəfdaşlarına qarşı genişmiqyaslı tariflər tətbiq etməsindən sonra İlon Mask bu siyasətə qarşı çıxaraq, Avropa ilə “sıfır tarif rejimi” tərəfdarı olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Mask, Tramp administrasiyasının baş iqtisadi müşaviri Piter Navarroya sərt tənqidlər yönəldib və tarif siyasətinə qarşı çıxaraq, ABŞ və Avropa arasında sərbəst ticarət zonasının yaradılmasını dəstəklədiyini söyləyib.
O, X platformasında Navarroya ironiya ilə cavab verərək, Harvard iqtisadiyyat doktoranturasını “mənfi hal” kimi təqdim edib. Navarro isə Maskın öz maraqlarını qoruduğunu deyib. Mask İtaliyanın sağçı Liqa Partiyasının konqresində video çıxışında ABŞ və Avropanın “normal ticarət münasibətləri” qurmasını arzuladığını bildirib. Trampın tarifləri nəticəsində səhm bazarlarında ciddi geriləmə yaşanıb və Maskın sərvəti 11 milyard dollar azalıb. Teslanın Avropa satışları isə ilin əvvəlindən 42.6% düşüb.
Fatimə Nəbiyeva
16:43 07.04.2025
Oxunuş sayı: 904