İran XİN sözçüsü: “ABŞ ilə dolayı danışıqlar sınaqdan keçmiş modeldir”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərlə birgə brifinqdə ABŞ ilə danışıqlarından bəhs edib.
Bu barədə Crossmedia.az İran mediasına istinadən məlumat verir.
Bəqainin sözlərinə görə, İran nüvə məsələsi ilə bağlı danışıqlarını daha öncə də dolayı yolla aparıb.
O, qeyd edib ki, “əgər danışıqlarla bağlı razılıq əldə olunmayıbsa, bu, danışıqların dolayı yolla getdiyinə görə deyil, özlüyündə müzakirə oluna biləcək başqa məsələlərə görə idi”.
Nuray Mikayıllı
16:35 07.04.2025
Oxunuş sayı: 664