Növbəti köç karvanı Suqovuşana çatıb - YENİLƏNİB

Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
Ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.
Qeyd edək ki, artıq Suqovuşana köçün 3-cü mərhələsi həyata keçirilib. Bu mərhələdə daxil olmaqla Suqovuşana 126 ailənin köçürülməsi təmin edilib.(report)
XXX
14:00
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. (report)
14:33 07.04.2025
Oxunuş sayı: 999