Türkiyə və Misir PUA istehsalında əməkdaşlığa başlayır

Türkiyənin HAVELSAN şirkəti ilə Misirin Kader Advanced Industrial Factory müəssisəsi pilotsuz yerüstü nəqliyyat vasitələrinin birgə istehsalına dair müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə SavunmaSanayiST.com məlumat yayıb.
Belə ki, İstehsal Misirdə Kader zavodunda həyata keçiriləcək. Layihə Türkiyə texnologiyalarının lisenziyalaşdırılması və texniki dəstək əsasında reallaşdırılacaq.
Məlumata görə, sənədi Kader şirkətinin rəhbəri general-mayor Amr Abdel Əziz və HAVELSAN-ın baş direktor müavini Şevket Yünal imzalayıblar.
Vurğulayaq ki, imzalanma mərasimində Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen də iştirak edib.
Fatimə Məmmədova
15:07 28.03.2025
Oxunuş sayı: 1644