İran nefti Malayziya ətrafında müştərisiz qalıb

ABŞ tərəfindən sanksiyalara məruz qalan İran xam neftini daşıyan 10-dan çox tanker Malayziya sahillərində qapalı vəziyyətdə qalıb ki, bu da İranın Çinə neft nəqlinin yavaşlamasına səbəb ola bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tankerlərin bir neçəsinin bir aydan çoxdur Malayziya ətrafındakı sularda lövbər saldığını və hələ də müştərilərinin olmadığını bildirilib.
Qeyd olunub ki, bu həftə İran xam neftini daşıyan ən azı 11 tanker dayandırılıb və təxminən 17 milyon barel İran nefti daşıyır və Malayziya yarımadasının qərbində yerləşən bir ərazidə toplanıb.
14:23 28.03.2025
Oxunuş sayı: 2381