Myanmada zəlzələ olub

Myanmada yenidən 6,4 maqnitudalı güclü zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, zəlzələ maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.
Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin körpü uçub.
Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
11:30
Myanmada 7,7 bal gücündə zəlzələ olub. Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb. Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.
Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.
Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.
12:15 28.03.2025
Oxunuş sayı: 1832