Rusiya: Ermənistan Aİ və Aİİ arasında seçim etməlidir

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Overçuk Ermənistan parlamenti tərəfindən qəbul edilən qanunla tanış olduğunu qeyd edərək, “Bu, ümumi ifadələrdən ibarət bir sənəddir, lakin bu, Ermənistanın daxili işidir”, – deyə vurğulayıb.
Bununla belə, o, Aİİ və Aİ-nin oxşar gündəmlərə sahib olduğunu qeyd edib və İrəvanın strateji seçim etməsinin qaçılmaz olduğunu bildirib:
“Çünki eyni anda iki stulda oturmaq mümkün deyil. Bu, tamamilə aydındır”, – deyə Rusiya baş nazirinin müavini bəyan edib.
14:36 27.03.2025
Oxunuş sayı: 1666