Braziliya prezidenti: Bolsonaro çevrilişə cəhd edib

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva keçmiş prezident Jair Bolsonaronun hakimiyyəti devirməyə cəhd etdiyini və ona qarşı sui-qəsd planında iştirak etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
"Keçmiş prezident açıq şəkildə çevrilişə cəhd edib və sui-qəsd planına qatılıb", – Lula Yaponiyaya səfəri zamanı bildirib.
O, həmçinin qeyd edib ki, Bolsonaro çevrilişə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Fatimə Məmmədova
14:08 27.03.2025
Oxunuş sayı: 1466