Hindistan PUA-sı Çin ərazisinə daxil olub

Hindistanın Çinlə sərhədinin şərq hissəsində uçuş edən pilotsuz uçuş aparatı (PUA) Çinin nəzarətində olan əraziyə daxil olub. Çin Xalq Azadlıq Ordusu (PLA) dronun qısa müddətlik nəzarətini ələ alıb, daha sonra isə onu geri qaytarıb.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, PUA İsrail istehsalıdır və şifrələnmiş sistemlərlə təchiz olunub. Lakin PLA-nın bu təhlükəsizlik sistemlərini sındıraraq idarəni ələ keçirdiyi iddia edilir.
Hadisə Hindistan və Çin arasında sərhəd bölgəsində davam edən gərginlik fonunda baş verib. Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.
11:02 27.03.2025
Oxunuş sayı: 1475