Tayvan ilk pilotsuz döyüş qayığı Endeavor Mantanı təqdim etdi

Tayvan özünün ilk pilotsuz suüstü döyüş qayığı (USV) olan Endeavor Mantanı rəsmi olaraq təqdim edib.
Crossmedia.az Tayvan mediasına istinadən xəbər verir ki, bu yeni platforma kəşfiyyat, nəzarət və hücum əməliyyatları üçün nəzərdə tutulub.
Texniki xüsusiyyətlər: Uzunluq 8.6 metr, eni 3.7 metr, çəkisi 5 ton və daha artıq, sürəti: 35+ knot (65 km/s) yükdaşıma qabiliyyəti 1 ton+
Döyüş imkanları: Xaricdən yüngül torpedolarla təchiz oluna bilir, burun hissəsindəki döyüş başlığı vasitəsilə düşmən hədəflərinə çırpılaraq partlayışla zərər verə bilər, kəşfiyyat və sürü (swarm) hücumları üçün uyğundur, PUA və peyk sistemləri ilə əlaqələndirilmiş hədəf nişanlama imkanına malikdir
Tayvanın bu yeni pilotsuz döyüş qayığı regional təhlükəsizlik və müdafiə sahəsində mühüm texnoloji yenilik hesab olunur.
10:37 27.03.2025
Oxunuş sayı: 1712