Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan Parlamenti Avropa İttifaqına (Aİ) inteqrasiyanı dəstəkləyən qanun layihəsini yekun oxunuşda qəbul edib. Lakin rəsmi İrəvan Aİ-yə üzvlük üçün müraciət etməyi planlaşdırmır.
Crossmedia.az xəbər verir ki bu barədə xarici KİV yazıb.
Parlamentin Avrointeqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Eqoyan bildirib ki, bu qanun layihəsi sadəcə olaraq xalqın Avropa inteqrasiyasına olan istəyini ifadə edir.
Qeyd edək ki, müxalifət isə sənədi tənqid edib və onu "istehza" adlandıraraq səsvermədə iştirak etməyib. Bundan əvvəl Baş nazir Nikol Paşinyan ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qərarın yalnız referendum yolu ilə qəbul edilə biləcəyini bildirmişdi.
Xumar Emilqızı
11:41 26.03.2025
Oxunuş sayı: 890